Erməni mediası Ordumuzun işğaldan azad etdiyi Zəngilan haqda : "Bizə dedilər ki, 2 gündən sonra qayıdacağıq, yoxsa hər şeyi yandırıb çıxardıq"

  • 15:57 - 27 Noyabr

Erməni mediası Azərbaycan Ordusunun Zəngilanı işğaldan azad etməzdən 2 gün öncə baş verənlər haqda yazı dərc edib. 

Avropa.info xəbər verir ki, Zəngilanda qeyri-qanuni məskunlaşmış Ermənistan vətəndaşı Suren Qriqoryan erməni mətbuatına Zəngilandan necə çıxdıqlarının təfərrüatını danışıb. 

"Bizə dedilər ki, 2 günlüyünə Kovsakandan (erməni terrorçuları qədim torpağımız olan Zəngilana belə əcaib bir ad vermişdilər:red) çıxıb Gorusa getməliyik. Çünki, Ermənistan ordusu hücum planı hazırlayır. Təhdid etdilər ki, ərazidən çıxıb Gorusa getməsək bizi hərbi tribunala verəcəklər. Guya Ermənistan ordusunun əməliyyat planına mane oluruqmuş. 2 gün sonra məlum oldu ki, Azərbaycan ərazini götürüb. Orada 1000 ton taxıl ehtiyatımız, onlarla kənd təsərrüfatı texnikası, Ermənistandan gətirilmiş yarım ton tibbi ləvazimat qaldı. Ərazini birdəfəlik tərk etdiyimizi bilsəydik, zəruri əşyalarımızı götürər, qalanlarını isə yandırıb çıxardıq" - mülki erməni terrorçu belə deyib.

Avropa.info


Oxunma sayı: 11859

Oxşar yazılar