“Polisə Dəstək” İctimai Birliyi Fransa senatına etiraz etdi – Bəyanat

  • 14:08 - 27 Noyabr

“Polisə Dəstək” ictimai birliyi Fransa senatının məlum qərarı ilə bağlı bəyanat yayıb. Avropa.info-ya daxil olan bəyanatda deyilir:

"Yelisey sarayı tarixindəki qara ləkələri unudub.

Fransa Senatının 25 noyabrda keçirilən iclasında qondarma “DQR”-nın tanınmasına dair qəbul etdiyi qərar beynəlxalq hüququn prinsiplərinə müstəsna hörmətsizlikdir.

Uzun illər işğalda olan ərazilərimiz BMT-nin TŞ-nin qəbul etdiyi 4 qətnaməyə uyğun qeyd-şərtsiz azad olunmalı, bu missiya Fransanın da daxil olduğu həmsədr ölkələri-ATƏT-in Minsk qrupu tərəfindən həyata keçirilməli idi. Lakin,təəssüflə qeyd etmək olar ki, bu müddət ərzində ATƏT heç bir iş görmədi. Diplomatik masalar ətrafında müzakirələr, ikitərəfli və üçtərəfli   görüşlər səmərəsiz oldu. Ərazi bütövlüyünün bərpası ilə bağlı TŞ-nın qətnamələrinin icraya yönəlməməsi barədə beynəlxalq tribunalardakı çağırışlara da əhəmiyyət verilmədi. Məhz bundan sonra Azərbaycan BMT nizamnaməsinin tələbləri çərçivəsində və özünün hərbi qüdrətinə güvənərək ərazi bütövlüyünün bərpasına nail oldu.. 

Qarabağ və ona bitişik rayonlar artıq Azərbaycandır. Ərazidə BMT-nin sülhməramlıları dislokasiya üzrə xidmətə başlayıb.

Yelisey sarayında qeyri-ciddi mövqenin sərgilənməsi, Fransanın milyonlarla əlcəzairlilərin qətlini unutması, beynəlxalq hüququn prinsiplərini tanımamaqla əli başqa xalqın qanına batmış erməni nasistlərinin yanında olması deməkdir.

Fransa öz tarixinin heç vaxt silinməyən qara ləkələrini yəqin unudur. Tarixin səlnaməsindənbəllidir ki, dünyada Əlcəzair xalqı qədər ermənipərəst  fransızların müstəmləkəçilik siyasətindən əziyyət çəkən  ikinci bir xalq olmamışdır. Müstəmləkəçilik dövründə fransalılar milyonlarla əlcəzairlini qətlə yetirmişlər. Diqqət edin: Bu il may ayındabəşəriyyətin faşizm üzərindəki qələbənin75 illiyini qeyd etdiyi bir vaxtda əlcəzairlilər fransızların onlara qarşı törətdikləri  qətliamın 75 illiyini ürək yanğısı ilə xatırlayıblar. Bu azmış kimi, Fransa dövləti əlcəzairlilərə qətliamları barədə danışmağı, fikir söyləməyi uzun müddət qadağan etmişdi. Tarixə üz tutaq?1830-cu ildə Əlcəzairi işğal edən Fransa 1962-ci ilə qədər davam edən 132 illik işğal zamanı 100 minlərlə müsəlmanı qətlə yetirib. Fransızların 1830-cu ildə Əlcəzairi işğalı zamanı bəzi müsəlman qəbiristanlıqlarını qazaraq oradakı ölülərin sümüklərini çıxarıb maltalı tacirlərə satıblar. Tarixi mənbələrə görə, maltalı tacirlər həmin sümükləri Marselə göndərir və Marseldə bu sümüklər müxtəlif sahələrdə, o cümlədən şəkər zavodunda istifadə olunurmuş.

Fransızlar Əlcəzairdəki məscidlərin çoxunu katolik kilsəsinə çevirir, Əlcəzairin işğal altında saxlanılmadığı müddət ərzində də müsəlmanları qətlə yetiriblər. 1954-1962-ci illər ərzində Əlcəzairin Azadlıq Müharibəsi zamanı 1.5 milyon soydaşları qətlə yetirilib. 

Fransızlar bu müharibədə xalqın gözünü qorxutmaq üçün əsir götürdükləri liderləri təyyarələrdən atırlarmış. Fransızlar eyni qətliamı Tunis və Mərakeşdə da həyata keçiriblər. Fransız əsgərlərin törətdiyi qətliam görüntülərinin bu gün İŞİD terror təşkilatının törətdiyi qətliamla heç bir fərqi yoxdur. Eyni başkəsmə, eyni edam səhnələri. Erməni terroristləri də Azərbaycan vətəndaşları ilə fransız sayaq davranmışlar.O vəhşi vərdiş bu gün də bu cəlladların beynində yuva salıb.

Aradan illər keçsə də insan haqlarının müdafiəsində duran nə Birləşmiş Millətlər Təşkilatı, nə Avropa Şurası, bir sözlə heç bir beynəlxalq qurum Fransadan törətdiyi soyqırıma görə hesab sorulmadığı üçün Fransa “qırmızı zolağı”-insanlığa qarşı hərəkət və hərəkətsizlikləri həyasızcasına davam etdirir. 

Tarix heç nəyi və heç kimi unutmur. Zaman gələcək, bu cinayətlərə görə beynəlxalq hərbi tribunal günahkarların ittihamını elan edəcək. Xatırlamaq yerinə düşərdi ki, İkinci Dünya müharibəsinin başa çatmasının 60-cı ildönümünü böyük təntənə ilə qeyd edən Qərb ölkələri Əlcəzair prezidenti Əbdül Əziz Buteflikanın çağırışından şoka düşmüşdülər. Buteflika Fransanın Setif və Qelmada törətdiyi soyqırıma görə  üzr istəməsini və Fransanın bu barədə arxivlərinin açılmasını tələb edirdi. Buteflikanın fəryadını "humanist(!)" Qərb mediasıişıqlandırmadı, heç  münasibət də bildirilmədi. Zavallı Əlcəzairin ermənilər kimi ABŞ-da, Fransada, İsveçrədə milyoner lobbiçiləri yox idi,ona görə.

Bu gün Fransa hansı mənəvi haqla Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı qondarma “DQR”kimi tanıya bilər? Bunun müzakirəsi belə beynəlxalq hüquqa tüpürmək, Parisin qaranlıq maraqlara üstünlük verməsidir. Fransa  BMT TŞ-nin 5 daimi üzvündən biri kimi  Azərbaycanın  ərazi bütövlüyünü tanıyaraq qətnamələrə səs verib. De yure isə Senat Fransanın əleyhinə işləyir. 

Fransa hazırda Avropa İttifaqının bütün institutlarının siyasətinə zidd davranır. Avropa İttifaqı “DQR”-də keçirilən“parlament” və“prezident” seçkilərini bu vaxta qədər tanımayıb. 

“Polisə Dəstək” ictimai birliyi bəyan edir ki, əgər rəsmi Paris “DQR”-nın tanınması ilə bağlı sənəddə korrektlər etməzsə tərəflər arasında diplomatik, siyasi, iqtisadi və mədəni münasibətlər kəsilə bilər.Yelisey sarayının hazırki mövqeyiBeynəlxalq hüququn  bütün prinsiplərini ayaqlar altına atmaqdan başqa bir şey deyil.

Fransa heç vaxt unutmasın!Milyonlarla müsəlmanın qətlinə görə ondan hesab sorulacaq!

Təşkilatın adından
Şəmsəddin Əliyev


Oxunma sayı: 1596

Oxşar yazılar