Bakı sakinlərinə xəbərdarlıq: Bu tarixdə küçəyə çıxmayın!

  • 13:02 - 27 Noyabr

Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə son günlərdə Covid-19-a yoluxanlarının sayında kəskin artımın olması nəzərə alınaraq noyabr ayının 28-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə Avropa.info-ya Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.


Oxunma sayı: 2421

Oxşar yazılar