"Əşyalarınızı toplayın və noyabrın 30-dək şəhəri tərk edin" - Laçındakı ermənilərə son xəbərdarlıq edildi

  • 12:16 - 27 Noyabr

Laçın şəhəri Azərbaycan ordusunun nəzarətinə keçir.

Avropa.info xəbər verir ki, Laçında qanunsuz məskunlaşan ermənilərə sakinlərə çağırış edilib: “Əşyalarınızı toplayın və noyabrın 30-dək şəhəri tərk edin”.

Bu barədə Laçında məskunlaşan erməni aysor.am müxbiri ilə söhbətində deyib:

"Ermənistandan bizə dedilər ki, getməlisiniz, əşyalarınızı toplayın. 30 noyabra qədər hamı getməlidir. Dekabrın 1-də burada artıq heç kim olmamalıdır".

Erməni müsahibin sözlərinə görə, bu günə qədər Laçının Azərbaycana verilməsi ilə bağlı heç bir söhbət olmayıb:

"Dünən günortadan sonra bizə dedilər. Sonra guya Araik Arutyunyanın general Rüstəm Muradovla danışdığı barədə ziddiyyətli məlumatlar ortaya çıxdı, sonra guya onlar qalacağımızı razılaşdırdılar. Səhər dəqiqləşdirdik ki, yox, getməliyik. Dünən və bu gün bizi gərgin vəziyyətdə saxlayırdılar, indi isə nəhayət ki, biz buranı tərk edirik. Hər kəs yaxın kimsəsinin olduğu yerə gedəcək. Bu məsələdə müəyyənlik yoxdur, rəhbərlik heç nə demir. Bilirik ki, İrəvanda bir növ qərargah fəaliyyət göstərir. Vəziyyət nəhayət aydınlaşıb və başa düşdük ki, buranı tərk etməliyik”.


Oxunma sayı: 5105

Oxşar yazılar