Ermənistanda koronovirusdan sutka ərzində 30 nəfər öldü

  • 11:53 - 27 Noyabr

Ermənistanda son sutka ərzində 1476 yeni koronovirus xəstəsi aşkar edilib.

Avropa.info xəbər verir ki, respublikada təsdiqlənmiş yoluxma hallarının sayı 132 min 346 nəfərə çatıb.

Koronovirus fəsadlarından 2090 nəfər vəfat edib. Ötən sutka ərzində 22 nəfər. Digər səbəblərdən ölən koronovirus xəstələrinin sayı 527 (ötən sutka 8 nəfər) təşkil edib.

İnfeksiyadan 105 min 149 nəfər sağalıb, 24 min 580 nəfər müalicə alır.


Oxunma sayı: 3136

Oxşar yazılar