Paşinyan Laçına görə ötən gecə bir saatda iki dəfə Putinə zəng vurub

  • 10:27 - 27 Noyabr

Dünən Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə bir saatda iki dəfə telefonla danışıb. 

Avropa.info xəbər verir ki, Paşinyan bu barədə Facebook səhifəsində məlumat yayıb.

Paşinyan Putinlə Qarabağdakı vəziyyəti müzakirə etdiyini yazıb: 

"Laçın dəhlizi boyunca yerləşən yaşayış məntəqələri, hərbi əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsi, itkin düşənlərin axtarışı, sülhməramlıların yerləşdirilməsi və sərhədlərin müəyyənləşdirilməsi, həmçinin bölgədəki nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması ilə bağlı məsələlər müzakirə etdik". 

10 noyabr üçtərəfli razılaşmasına əsasən Dağlıq Qarabağ ətrafında işğal edilmiş rayonlardan sonuncusu-Laçın rayonu dekabrın 1-də Azərbaycanın nəzarəti altına qaytarılacaq. Razılaşma Dağlıq Qarabağla Ermənistan arasında gediş-gəliş üçün 5 kilometr enində dəhlizin ayrılmasını da nəzərdə tutur. Həmin dəhliz Rusiya sülhməramlılarının nəzarətindədir. 


Oxunma sayı: 1728

Oxşar yazılar