"10 noyabr sazişinin alternativi Ermənistan üçün daha ağır ola bilərdi" - Paşinyan Qarabağ məğlubiyyəti və istefa tələbləri haqda

  • 01:09 - 27 Noyabr

"İmzalanmış üçtərəfli bəyanatın icrası çox ağrılıdır. Lakin, qərar alternativin daha ağrılı ola biləcəyi vəziyyətdə qəbul edildi".

Avropa.info xəbər verir ki, bunu qubernatorlarla görüşündə Ermənistan baş naziri Nikol Paşinyan 10 noyabrda Azərbayca, Rusiya və Ermənistan arasında imzalanmış sazişə münasibət bildirərkən deyib. İkinci Qarabağ savaşında Ermənistanın məğlubiyyətinin rəhbərlik etdiyi hökumət üçün ağır nəticələrə səbəb olduğunu deyən Paşinyan, bununla belə istefa verməyəcəyini deyib.

"Sabitlik çox vacib və strateji məsələdir. Xarici və daxili təhlükəsizliyi, eyni zamanda sabitliyi təmin etmək ölkənin həll etməli olduğu ən böyük problemdir. Ümid edirəm ki, hər birimiz bu əhvala köklənmişik, çünki bunun əksi sadəcə bir qaçışdır. Biz heç yerə qaçmayacağıq. Bizim üçün çox çətin bir dönəmdir və yaxın vaxtlarda kifayət qədər mürəkkəb proseslərlə qarşılaşacağıq. Bu gün isə itkin düşmüş şəxslərin axtarışı, cəsəd mübadiləsi, əsir düşmüş vətəndaşlarımızın geri qaytarılması, mənzillərini, evlərini və sığınacaqlarını itirmiş soydaşlarımızın ehtiyaclarının ödənilməsi ilə bağlı vəzifələrimiz var", deyə düşmən ölkənin rəhbəri bildirib.

Avropa.info


Oxunma sayı: 6502

Oxşar yazılar