Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək - Erməni deputat

  • 23:10 - 26 Noyabr

Ermənistan tərəfi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin bəyanatına uyğun olaraq Dağlıq Qarabağda 181 yaşayış məntəqəsini Azərbaycana verir.

“İnterfaks-Azərbaycan”ın məlumatına görə, bunu Ermənistan müxalifəti bəyan edib.

Qeyd olunur ki, daha əvvəl Ermənistan hökuməti 121 yaşayış məntəqəsinin siyahısını dərc etmişdi.

"Hökumət 121 yaşayış məntəqəsinin siyahısını dərc edib, lakin bu, iriləşdirilmiş icmaların adlarıdır və əslində, Azərbaycana 181 yaşayış məntəqəsi verilir", - deyə Ermənistan parlamentinin deputatı, "Çiçəklənən Ermənistan" fraksiyasının üzvü Vaqe Enfiacyan bildirib.


Oxunma sayı: 3609

Oxşar yazılar