Azərbaycan hərbçiləri Sotk qızıl mədənində? - Erməni KİV-i bir şey deyir, Ermənistan müdafiə nazirliyi başqa şey

  • 21:25 - 26 Noyabr

Bir neçə saat bundan əvvəl bütün erməni KİV-ləri 250 Azərbaycan hərbçisinin, o cümlədən yüksək rütbəli zabitlərin Sotk qızıl mədəninin ərazisində peyda olduqlarını bildiriblər.

Erməni KİV-in yaydığı məlumatda  bildirir ki, guya Azərbaycan əsgərləri erməni hərbçilərindən mədənin ərazisini tərk etməyi tələb ediblər.

Ermənistan hakimiyyətinin məlumatına görə isə, Ermənistan KİV-i yenidən saxta məlumatlar yayıb. Belə ki, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin Ermənistanın Geqarkunik vilayətindəki Sotk  qızıl yatağı ərazisinə daxil olması barədə KİV-in yaydığı məlumatları təkzib edib.

"Erməni KİV - in Azərbaycan hərbçilərinin Sotk qızıl mədəninin ərazisinə soxulması və əməkdaşlardan ərazini tərk etməyi tələb etməsi barədə xəbər həqiqətəuyğun deyil", - deyə nazirliyin məlumatında bildirilib.

virtualaz.org


Oxunma sayı: 8911

Oxşar yazılar