İmişlidə yaşayış yerini tərk edən koronavirus xəstələrinə cinayət işi başlanılıb

  • 18:22 - 26 Noyabr

İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.

Avropa.info xəbər verir ki, RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində 2 nəfər rayon sakini – E.Qəhrəmanov və P.Hüseynov koronavirus pandemiyasına yoluxmaqlarına baxmayaraq yaşadıqları ünvanı tərk edərək karantin rejiminin tələblərini kobud şəkildə pozduqları müəyyən edilib.

Həmin şəxslər rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb və müalicə aldqıları müvafiq ünvanlara aparılıb.

İmişli RPŞ-nin İstintaq Bölməsində hər iki şəxs barəsində cinayət işi başlanılıb.


Oxunma sayı: 2509

Oxşar yazılar