Koronavirus statistikası: 1609 nəfər sağaldı, 3705 nəfər yoluxdu – 32 nəfər vəfat edib

  • 17:51 - 26 Noyabr

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3705 yeni yoluxma faktı qeydə alınıb, 1609 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avropa.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 106 101 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 68 572 nəfər müalicə olunaraq sağalıb, 1 256 nəfər vəfat edib, aktiv xəstə sayı 36 273 nəfərdir.


Oxunma sayı: 2949

Oxşar yazılar