Azərbaycanda pambıq yığımında rekord göstərici qeydə alındı

  • 15:28 - 26 Noyabr

Bu il Azərbaycanda pamblq yığımında rekord orta məhsuldarlıq göstəriciləri qeydə alınır. 

Avropa.info Kənd Təsərrüafı Nazirliyinə istinadən xəbər verir ki, pambıq yığımı başa çatmasa da, artıq fermerlər sahələrdən 320542 ton məhsul yığaraq qəbul məntəqələrinə təhvil veriblər. Bu, ötən ilin yekun göstəricisindən 25,5 min ton çoxdur. Qeyd edək ki, 2019-cu il pambıq mövsümünün yekununda ölkə üzrə 295 min ton pambıq yığılaraq məntəqələrə təhvil verilmişdi.

Noyabrın 26-na olan məlumata görə, pambıq yığımında orta məhsuldarlıq 32,09 sentner təşkil edir. Bu, Azərbaycanın pambıqçılıq tarixinin ən yüksək göstəricilərindən biridir. Hazırda sahələrdə pambıq yığımı davam edir, mövsümün yekununda həm məhsul həcmi, həm orta məhsuldarlıq göstəricilərinin daha da artacağı gözlənilir. Pambıq yığımının optimal müddətdə başa çatdırılması nəzərdə tutulur.

2020-ci ildə Azərbaycanın 21 rayonunda 100 min hektara yaxın sahədə pambıq əkilib. İndiyədək ən yüksək orta məhsuldarlıq Salyan (40,12 sent/ha), Neftçala (38,15 sent/ha), Beyləqan (34,42 sent/ha), Yevlax (34,05 sent/ha), Ağcabədi (33,44 sent/ha), Goranboy (33,25 sent/ha), Tərtər (32,32 sent/ha), Saatlı (32,27 sent/ha), Sabirabad (31,81 sent/ha), Bərdə (31,66 sent/ha) və Ağdam (30,78 sent/ha) rayonlarında qeydə alınıb. Daha iki rayonda - Zərdab (29,71 sent/ha) və Hacıqabulda (29,40 sent/ha) pambıq üzrə orta məhsuldarlıq göstəricisi 30 sentnerə yaxındır.

2020-ci ildə ən çox pambıq əkini Saatlı (14141 ha), Ağcabədi (10689 ha), Bərdə (10646 ha), Biləsuvar (10061 ha), Sabirabad (9683,5 ha) və Beyləqan (8743 ha) rayonlarında aparılıb.


Oxunma sayı: 1541

Oxşar yazılar