Toysuz evlənən cütlüklərin sayı açıqlandı

  • 14:48 - 26 Noyabr

Məlum olduğu kimi, aylardır ki, yeni növ koronavirus (COVID-19) təhlükəsi səbəbi ilə Azərbaycanda kütləvi tədbirlərin təxirə salınması qərara alınıb.

Xatırladaq ki, ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi (14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla) qadağan edilmişdi.

Avropa.info rəsmi statistik göstəricilərə istinadən məlumat verir ki, bu ilin ilk üç ayında qeydiyyat şöbələri tərəfindən 12 127, yanvar-sentyabr aylarında isə 26 312 nikah qeydə alınıb. Qeydə alınan nikahların 14 185-i “Şadlıq evləri”nin bağlı olduğu aprel-sentyabr aylarında olub.

2019-cu il yanvar-sentyabr aylarında isə qeydiyyat şöbələri tərəfindən 42 163 nikah qeydə alınıb. Bu isə o deməkdir ki, bu il 15 851 evlilik az qeydə alınıb.

Əlavə edək ki, 2020-ci ilin ilk üç ayında qeydiyyat şöbələri tərəfindən 3 823, yanvar-sentyabr aylarında isə 11 089 boşanma halları qeydə alınıb. Qeydə alınan boşanmaların sayı isə aprel-sentyabr aylarında 7 266 olub.

Bundan başqa, 2019-cu ilin yanvar-sentyabr aylarında 11 317 boşanma qeydə alınıb. Rəqəmlərdən məlum olur ki, bu il ötən illə müqayisədə say (228) azalıb.


Oxunma sayı: 3059

Oxşar yazılar