Həmcinslərini Türkiyəyə apararaq insan alveri ilə məşğul olan azərbaycanlı qadın saxlanıldı

  • 14:27 - 26 Noyabr

DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi insan alveri ilə məşğul olan  Tovuz  rayon sakinini həbs edib.

Avropa.info xəbər verir ki, kanal5-in əldə etdiyi məlumata görə, Tovuz  rayon sakini İmamquliyeva Gülnar Dilqam qızının  Azərbaycan Respublikasının vətəndaşı olan qadınları Türkiyə Respublikasının Konya  şəhərinə apararaq cinsi istismara məruz qoyması faxtı  DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ifşa edilib. 

Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi  Mahmud Ağalarovun sədrliyi ilə keçirilmiş məhkəmənin hökmünə əsasən İmamquliyeva Gülnar Dilqam qızı  Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2  və 144-1.2.4-1-ci   maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il  6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.


Oxunma sayı: 6854

Oxşar yazılar