Millət vəkili Amnistiya aktının qəbulunu təklif etdi

  • 13:47 - 26 Noyabr

Azərbaycan əldə etdiyi böyük qələbə və ölkədə həmrəyliyin daha da möhkəmlənməsi məqsədi ilə Amnistiya aktı qəbul etsə, daha yaxşı olar.

Avropa.info axar.az-a istinadən xəbər verir ki, belə bir təkliflə millət vəkili Qüdrət Həsənquliyev çıxış edib.

Millət vəkili, eyni zamanda, ölkəyə sülhməramlıların dəvət edilməsi ilə bağlı xüsusi qanunun qəbul edilməsini və ya mövcud qanunvericiliyə dəyişiklik edilməsini təklif edib.

Onun fikrincə, Azərbaycan sülhməramlıların dəvət edilməsi üçün Milli Məclisin razılığı olmalıdır.

O bildirib ki, ölkəyə hər hansı ölkənin və ya beynəlxalq təşkilatın sülhməramlısının dəvət edilməsini nəzərdə tutan qanun mövcud deyil:

"Necə ki, xarici ölkəyə sülhməramlı göndərəndə Milli Məclisin razılığı lazımdır, ölkəyə dəvət ediləndə də parlamentin razılığı olmalıdır”.


Oxunma sayı: 2982

Oxşar yazılar