Fransa senatının bir çox üzvlərinin müharibənin başa çatmasından xəbəri belə yoxdur - VİDEO

  • 13:33 - 26 Noyabr

Qondarma rejimlə münasibətlər haqqında qətnamə layihəsinin Fransa senatında müzakirə edilməsi təkcə erməni təəssübkeşliyi deyil. Bu, həm də Azərbaycana və Türkiyəyə təzyiq forması kimi diqqətdən keçirilir.

Avropa.info bildirir ki, Fransız ekspertlər hesab edir ki, Fransa senatında qondarma rejimlə münasibətlərin gündəmə gətirilməsi Fransanın beynəlxalq aləmdəki mövqeyinə və Azərbaycanla, Türkiyə ilə münasibətlərinə zərbə vuracaq.

Qətnamə layihəsinin mətnindən də aydın olur ki, layihə müəlliflərini Qarabağın erməni əhalisinin taleyindən daha çox, Türkiyənin, Azərbaycanın güclənməsi, birlik nümayiş etdirməsi narahat edir. Dağlıq Qarabağ münaqişəsinin tərəfləri Azərbaycan və Ermənistan olsa da, Türkiyənin adı qətnamə layihəsində daha çox çəkilir.

Qətnamə layihəsinin müzakirəsində Azərbaycanın mövqeyini müdafiə edən, Dağlıq Qarabağ münaqişəsinə obyektiv yanaşan senatorların çıxışına icazə verilməyib.

Çıxışlardan belə başa düşmək olardı ki, Fransa senatının bir çox üzvlərinin müharibənin başa çatmasından, tərəflər arasında razılığın əldə edilməsindən xəbəri belə yoxdur. Bəzi senatorların militarist bəyanatlarını başqa cür izah etmək mümkün deyil. Məsələn, senator Stefan Ravye deyib ki, Fransadakı erməni gənclər vətənlərinə dönərək vuruşmaq istəyirlər, onların yolu açılmalıdır. Fransa QHT-ləri bu işdə onlara yardımçı olmalıdır. Başqa bir senator isə qondarma rejimin guya hələ 1991-ci ildən müstəqil dövlət kimi fəaliyyət göstərdiyini sayıqlayıb.

Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin detalları haqqında heç bir təsəvvürü olmayan, münaqişənin hazırkı mərhələsindən xəbərsiz olan, hətta çıxışları belə dinləməyən, iclas boyu telefonlarda qurdalanan senatorlar səs verərək qərəzli qətnaməni qəbul etdilər.

Fransa senatının bir çox üzvlərinin müharibənin başa çatmasından xəbəri belə yoxdur.


Oxunma sayı: 1684

Oxşar yazılar