Milli Məclis Fransa Senatında qəbul edilmiş qətnaməyə etiraz bəyanatı qəbul etdi – Yenilənib

  • 12:33 - 26 Noyabr

Milli Məclis Fransa Senatında qəbul edilmiş "Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti" adlı qətnamə təklifinə etiraz bəyanatı qəbul edib.

Avropa.info bildirir ki, bəyanatda qətnamə pislənilir və qeyd olunur ki, bu qətnamə beynəlxalq hüququn əsas norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.

***

11:39

Milli Məclis Fransa Senatında qondarma "Dağlıq Qarabağ respublikasının" tanınmasına dair qətnamə layihəsinin qəbulu ilə bağlı bəyanat verəcək.

Avropa.info bildirir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

S.Qafarova bildirib ki, Fransanın bu mövqeyi qərəzli xarakter daşıyı və Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlib.

Spiker bildirib ki, Milli Məclis bununla bağlı bəyanat qəbul edəcək.


Oxunma sayı: 5226

Oxşar yazılar