Bayden Trampın bəzi fərmanlarını ləğv edəcək

  • 23:45 - 25 Noyabr

ABŞ-da keçirilən prezident seçkilərində qələbə qazanan Co Bayden ölkə başçısı kimi ilk 100 gününü miqrasiya islahatı və koronavirusla mübarizəyə həsr edəcəyini söyləyib. 

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, jurnalistlərə açıqlamasında o deyib: “Senata qeydiyyatsız məskunlaşmış 11 milyon insan üçün vətəndaşlıq qapısını açacaq bir qanun layihəsi təqdim edəcəyəm”. 

Demokrat lider, həmçinin ABŞ-ın hazırkı Prezidenti Donald Trampın iqlimə və insan sağlamlığına ziyan vuran bəzi fərmanlarını ləğv etmək niyyətində olduğunu da vurğulayıb.


Oxunma sayı: 3015

Oxşar yazılar