Maradona dünyasını dəyişdi

  • 21:16 - 25 Noyabr

Dünya futbolunun əfsanəvi oyunçusu Dieqo Maradona dünyasını dəyişib.

Qol.az "Clarin"ə istinadən xəbər verir ki, argentinalı sabiq futbolçu 60 yaşında həyatını itirib.

Bundan əvvəl o, beyinə qan sızması səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Keçmiş futbolçu daha sonra noyabrın 11-də evə buraxılmışdı.

Bu gün isə Maradonanın ürəyi tutduğu və ağır vəziyyətdə yenidən xəstəxanaya aparıldığı bildirilib.


Oxunma sayı: 4676

Oxşar yazılar