Ermənistanda koronovirusdan rekord sayda adam öldü

  • 12:09 - 25 Noyabr

Ermənistanda son vaxtlar təsdiqlənmiş yoluxma hallarının sayı kəskin artıb. Sutka ərzində rekord miqdarda ölüm qeydə alınıb.

Avropa.info xəbər verir ki, Xəstəliklərin Nəzarəti və Profilaktikası Mərkəzindən verilən məlumata görə, Ermənistanda koronovirusa yoluxma hallarının sayı 129085-ə çatıb.

Sutka ərzində 1563 yeni yoluxma hadisəsi aşkar edilib. Ermənistanda koronovirusdan 2040 nəfər vəfat edib. Keçən sutka ərzində 38 nəfər. Digər səbəblərdən ölən koronovirus xəstələrinin sayı 513 (keçən sutka ərzində 6) nəfər təşkil edir. 25619 nəfər müalicə olunur.


Oxunma sayı: 3158

Oxşar yazılar