Həbsdə olan sabiq icra başçısı koronavirusa yoluxdu – Foto

  • 12:07 - 25 Noyabr

İmişli Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Vilyam Hacıyev Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

Avropa.info xəbər verir ki, bu barədə Trend-ə təqsirləndirilən şəxsin vəkili Orxan Zeynalov məlumat verib.

Vəkil bildirib ki, sabiq başçının köçürülməsinə səbəb onun bir neçə gün əvvəl COVID-19 virusuna yoluxmasıdır. V.Hacıyevin vəziyyəti ağır qiymətləndirildiyi üçün o Müalicə Müəssisəsinə yerləşdirilib. V. Hacıyev 2020-ci il mayın 5-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən İmişli rayon İcra Hakimiyyətində keçirilən əməliyyat nəticəsində saxlanılıb.

İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Səbail rayon Məhkəməsi tərəfindən V.Hacıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.


Oxunma sayı: 1486

Oxşar yazılar