“Bu fəlakətdir, dövlətin olmadığını göstərən fəlakət” – Ermənistan müdafiə nazirinin sabiq müavini

  • 11:41 - 25 Noyabr

Ermənistan müdafiə nazirinin sabiq müavini Artak Zakaryan səhifəsində baş nazir Paşinyanı öz “Facebook” səhifəsində tənqid edib.

Avropa.info xəbər verir ki, Paşinyanı xəyanətdə ittiham edən Zakaryan Ermənistandakı müharibə sonrası vəziyyəti fəlakət adlandırıb. 

“İndiyə qədər dövlət səviyyəsində bu macəraçı müharibə və onun utancverici məğlubiyyətinin səbəbləri barədə heç bir açıqlama yoxdur. Heç kim soruşmur və cavab vermir ki, niyə belə baş verib, kim günahkar olub, kim bu razılaşmanın mətni ilə bağlı danışıqlar aparıb, kim və kim ilə onun təfərrüatlarını müzakirə edib, müharibə niyə Şuşa və Hadruta qədər dayanmayıb, hərbi-siyasi qərarları kim qəbul edib və s. Bu fəlakətdir, dövlətin olmadığını göstərən fəlakət.

Və axmaqların böyük bir dəstəsi heç nə olmamış kimi yaşamağa davam edir”.


Oxunma sayı: 6161

Oxşar yazılar