"Kəlbəcərin qayıtması tarixi ədalətin zəfəridir" – Rusiyalı politoloq

  • 11:20 - 25 Noyabr

Kəlbəcər rayonunun qayıtması təkcə Azərbaycanın qələbəsi deyil, həm də vacib və əlamətdar hadisədir. Bu, həm də tarixi ədalətin zəfəridir.

Avropa.info bildirir ki, bunu Trend-ə rusiyalı politoloq Tatyana Poloskova deyib.

O vurğulayıb ki, bu rayonda heç vaxt erməni əhali olmayıb:

"Sonuncu sovet siyahıyaalmasına görə, rayon əhalisinin 99 faizi azərbaycanlılar idi".

Politoloq bildirib ki, ermənilər bu ərazini tərk edərkən, evləri, məktəbləri, digər binaları yandırır, ağacları kəsirdi:

"Bu, vandallıqdır və gəlmə insanların davranışıdır".

Qeyd edək ki, Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.


Oxunma sayı: 3609

Oxşar yazılar