Azərbaycan Ordusunun Kəlbəcərə daxil olması Türkiyə mediasının baş xəbəridir - FOTO

  • 10:12 - 25 Noyabr

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələrinin noyabrın 25-də Kəlbəcər rayonuna daxil olması barədə məlumat Türkiyə kütləvi informasiya vasitələri (KİV) tərəfindən dünyada baş verən ən mühüm hadisə kimi təqdim olunub.

Avropa.info bildirir ki, televiziya kanalları və xəbər agentlikləri, o cümlədən qəzetlərin elektron versiyaları Azərbaycanın işğalçı Ermənistan üzərində tarixi hərbi zəfərinin növbəti qələbəsi ilə bağlı anındaca məlumat yaymağa başlayıblar.

Ermənilərin bölgəni tərk etmək üçün verilən vaxtdan əlavə möhlət istəyərək güzəşt edilən on gün ərzində Kəlbəcərdə yaşayış binalarına, tarixi yerlərə və təbiətə qarşı törədilən amansız rəftar barədə süjetlər yayan telekanallar baş verənləri vandalizm aktı kimi dəyərləndirir.

 

 

 

 

 


Oxunma sayı: 1277

Oxşar yazılar