Türkiyədə son sutkada koronavirusdan 161 nəfər ölüb

  • 23:33 - 24 Noyabr

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 161 nəfər dünyasını dəyişib. 

Avropa.info-nun məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib. 

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 12 672 nəfərə çatıb. 

Onun sözlərinə görə, ölkədə 7 381 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 460 916 nəfərə çatıb. 

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 3 678 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 381 569 nəfər təşkil edir.


Oxunma sayı: 4709

Oxşar yazılar