“AzerGold” QSC-nin nizamnamə kapitalı artırılıb

  • 21:30 - 24 Noyabr

Nazirlər Kabineti “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib. 

Avropa.info-nun məlumatına görə, qərara əsasən,  “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nizamnamə kapitalı 37 milyon manatdan 62 milyon manata qaldırılıb.

İndiyə qədər “AzerGold” QSC-nin  nizamnamə kapitalı nominal dəyəri 18  manat 50  qəpik olan 2 milyon ədəd adi səhmlərdən ibarət olub. Dəyişikliyə əsasən, artıq nizamnamə kapitalı nominal dəyəri 31 manat olan 2 milyon ədəd adi səhmlərdən ibarət olacaq. 


Oxunma sayı: 7866

Oxşar yazılar