Xalq artisti Əjdər Həmidov vəfat edib

  • 19:37 - 24 Noyabr

Azərbaycanın Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Əjdər Həmidov vəfat edib. 

Bu barədə Avropa.info-ya Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından məlumat verilib. 

Bildirilib ki, aktyor bir neçə gün əvvəl insult keçirib və Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Bu gün xəstəxanada vəfat edib. 

Ə.Həmidovun harada dəfn olunacağı hələ məlum deyil. 

Allah rəhmət eləsin!


Oxunma sayı: 2498

Oxşar yazılar