Futbolda əlavə əvəzetməyə icazə verilə bilər

  • 20:38 - 24 Noyabr

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyunçunun beyin sarsıntısı keçirmə şübhəsi olduqda əlavə əvəzetmə tətbiq edilməsi variantını müzakirə edəcək.

"Report" IFAB-ın rəsmi saytına istinadən xəbər verir ki, qurum bu yeniliyin dərhal sınaqdan keçirilməsinin və dekabr 16-dakı illik iclasda təsdiqlənmə ehtimalının lehinə çıxış ediblər.

Həmçinin, koronavirus pandemiyası dövründə beş əvəzetmə qərarının qüvvədə saxlanılmasını müdafiə edən qurum VAR sisteminin texnologiyasını büdcəsi məhdud olan liqalar və federasiyalar üçün daha əlçatan etmək barədə düşünür.


Oxunma sayı: 5875

Oxşar yazılar