Azərbaycanda son sutkada 3646 nəfər koonavirusa yoluxub, 1259 nəfər sağalıb, 34 nəfər vəfat edib

  • 18:22 - 24 Noyabr

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3646 yeni yoluxma faktı qeydə alınıb, 1259 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avropa.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib. 

İndiyədək ölkədə ümumilikdə 98 927 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 65 734 nəfər müalicə olunaraq sağalıb, 1 194 nəfər vəfat edib, aktiv xəstə sayı 31 999 nəfərdir. 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 358, ötən müddət ərzində isə ümumilikdə 1 631 597 test aparılıb.


Oxunma sayı: 2850

Oxşar yazılar