“Qalatasaray” klubu şəhid hərbçimizin xatirəsini andı – FOTO

  • 17:23 - 24 Noyabr

Türkiyənin “Qalatasaray” klubu II Qarabağ Müharibəsində şəhid olmuş Azərbaycan ordusunun hərbi qulluqçusu Fərid Dursunovla bağlı paylaşım edib.

Avropa.info xəbər verir ki, paylaşım İstanbul klubunun rəsmi “Twitter” səhifəsində dərc edilib.

Hərbçimizin xatirəsinə həsr edilən paylaşımı təqdim edirik:

“Şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə birlikdə “Qalatasaray” bayrağı da asın” deyən və vəsiyyəti yerinə yetirilən şəhid Fərid Dursunovla birlikdə bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. “Qalatasaray”lılıq ölməz...”


Oxunma sayı: 2707

Oxşar yazılar