Paşinyan itkin düşmüş oğulları üçün qəbuluna gələn əsgər valideynlərini qoyub qaçdı

  • 17:05 - 24 Noyabr

Azərbaycanın işğal olunmuş torpaqları uğrunda hərbi əməliyyatlarda itkin düşmüş erməni hərbçilərin valideynləri dünən baş naziri Nikol Paşinyanla görüşmüşdülər.

Avropa.info xəbər verir ki, Paşinyanla görüşdən narazı qalan valideynlər hazırda Rusiyanın Ermənistandakı səfirliyinin binası qarşısında toplaşıblar. Onlar Rusiya səfirindən onlara kömək etməsini istəyirlər.

Aksiyada iştirak edənlərdən biri jurnalistlərlə söhbətində bildirib ki, baş nazir ilə görüş onları qane etməyib:

"Sual-cavab prosesi qısa sürdü, söhbət cəmi 40-45 dəqiqə davam etdi. Sonra o üzr istədi, bir neçə sual verdi və sualımızla əlaqəli olan vacib görüşə tələsdiyini dedi. Bundan sonra baş nazirin müavini Avinyanla söhbət etdik. Onunla söhbət təxminən üç saat davam edib. Bir çox suallar qaldırıldı.

Məsələn, biz deyirdik ki, yaralı və ya pusquya düşmüş, köməyə ehtiyacı olan oğlanlar var, bizə deyirdilər ki, bu ərazilər hazırda Azərbaycanın nəzarətindədir, biz heç nə edə bilmirik. Mən isə dedim ki, qardaşım oğlu ayın 10-u mənə zəng edərək birbaşa əlaqə saxladı. O, mühasirədə olduğunu dedi. Üç dəqiqə sonra bu məlumatı Gorusun Hərbi Polisinə çatdırdım. Bu uşaqları çıxarmaq üçün heç nə etmədilər”. 


Oxunma sayı: 6359

Oxşar yazılar