Paşinyanın daha bir naziri istefa verdi

  • 15:34 - 24 Noyabr

Ermənistanın iqtisadiyyat naziri Tiqran Xaçatryan dünən istefa ərizəsi yazıb. 

Avropa.info xəbər verir ki, bu haqda nazirin mətbuat katibi Anna Ohanyan NEWS.am saytına verdiyi müsahibəsində bildirib. 

Onun sözlərinə görə, Xaçatryan hələ ki, İtisadiyyat Nazirliyindəki vəzifələrini yerinə yetirərir. Ermənistan mətbuatında Menu Group UK LTD-nin qurucusu Vaan Kerobyanın Ermənistan Respublikasının növbəti iqtisadiyyat naziri olması ilə bağlı yayılan məlumatların həqiqət olub-olmaması barədə suala mətbuat katibi cavab verə bilməyəcəyini bildirib. Çünki bu, onun səlahiyyətinə aid deyil. 

"168․am"ın məlumatına görə, Ermənistan Respublikasının İqtisadiyyat Nazirliyinə rəhbərlik edəcək olan Vaan Kerobyandır.


Oxunma sayı: 3873

Oxşar yazılar