Qarabağda şəhid olan tələbənin adı Balikesir Universitetində yaşayır – Universitet rektorundan Avropa.info-ya açıqlama – Fotolar

  • 15:05 - 24 Noyabr

Qarabağın erməni işğalından azad olunması əməliyyatlarında şəhid olan Məmmədağa Səfərovun adı təhsil aldığı Balıkesir Universitetində yaşadılacaq.

Bu barədə Avropa.info-ya Balıkesir Universitetindən məlumat verilib.

Balıkesir Universitetinin Elmi Şurası Məmmədağa Səfərovun ailəsinə minnətdarlıq məktubunun göndərilməsi, adının da 2014-2019-cu illər arasında tələbəsi olduğu Mühəndislik fakültəsində yerləşən Konfrans salonun verilməsi qərara alınıb.

Bu barədə Avropa.info-ya danışan Balıkesir Universitetinin rektoru Prof. Dr. İlter Kuş, Mühəndislik fakültəsinin maşın mühəndisliyi bölümündə təhsil almış şəhid Məmmədağa Səfərovun adını yaşatmaq üçün ailəsinə minnətdarlıq məktubu göndərilməsi və adının da oxuduğu fakültənin konfrans salonuna verilməsinin qərara alındığını bildirib.

Şəhid Məmmədağa Səfərovun ailəsi ilə telefonla danışdığını deyən rektor Prof. Dr. İlter Kuş bildirib ki, minnətdarlıq məktubu Türkiyənin Azərbaycanadkı səfirliyi vasitəsilə şəhidin ailəsinə çatdırılıb:

"Şəhidimizin dəyərli atası ilə telefonda danışıb, ona başsağlığı verdim. Telefon danışığımızın sonunda atası, "Oğlumun qanı yerdə qalmadı", deyə söylədi. Doğrudur. Şəhidimizin qanı yerdə qalmadı. Azərbaycanlı qardaşlarımızın öz torpaqlarında zəfərlə başa çatan mücadiləsini millət olaraq dəstəklədik. Biz də universitet olaraq, Məmmədağa Səfərovu öz şəhidimiz qəbul edirik. Bu vəsilə ilə də şəhidimizə Allahdan rəhmət, ailəsinə və qardaş Azərbaycan xalqına başsağığı diləyirəm".

 

 


Oxunma sayı: 5391

Oxşar yazılar