Müharibə vaxtı Paşinyanın deputatları ABŞ-a qaçmaq istəyib

  • 14:17 - 24 Noyabr

Dağlıq Qarabağda 44 günlük müharibə zamanı Ermənistanda hakim "Mənim addımım" partiyasının bir sıra deputatı və digər vəzifəli şəxslər ABŞ səfirliyinə viza almaq üçün müraciət edib.

Avropa.info xəbər verir ki, bu barədə erməni KİV-ləri yazır.

Viza üçün müraciət edənlərin şəxsiyyətləri açıqlanmasa da, onların böyük əksəriyyətinə viza verilməsində imtina edildiyi deyilir.

Analoji müraciətlərin Avropa səfirlikilərinə də edildiyi bildirilib.


Oxunma sayı: 3213

Oxşar yazılar