Vilayət Eyvazovdan generalın yerinə təyinat

  • 13:05 - 24 Noyabr

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi edilib.

Avropa.info-nun məlumatına görə, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Namiq Həsənov DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi təyin edilib.

O, bundan əvvəl Suraxanı Rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, bir müddət əvvəl DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi, polis general-mayoru Elşən Kazımov xidmətkeçmədə son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.


Oxunma sayı: 2531

Oxşar yazılar