Türkiyə kəşfiyyatı əməliyyat keçirdi – Addım-addım izlənilən PKK/KCK lideri nöqtə atışı ilə vuruldu

  • 11:45 - 24 Noyabr

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK/KCK terror təşkilatının “Dıhlaz” kod adlı “kuryer”i Hizret Çalkını İraqın şimalında zərərsizləşdirib.

Avropa.info xəbər verir ki, Türkiyə təhlükəsizlik mənbələrinin verdiyi məlumata görə, adı terrorçuluğa görə axtarışda olanlar siyahısında boz kateqoriyada olan və PKK/KCK-nın İraq ilə Suriya arasındakı terrorçu nəqlini koordinasiya edən “kuryer” Hizret Çalkının iclasda iştirak edəcəyi kəşfiyyata məlum olub. 

MİT üzvləri tərəfindən izlənilən və iclasın keçiriləcəyi yerə qədər addım-addım izlənilən terrorçunun başqa terrorçularla görüşdüyü məlum olub. İraqın şimalında bir araya gələn Çalkın və digər terrorçular nöqtə atışı ilə zərərsizləşdirilib.

2011-ci ildə PKK/KCK terror təşkilatına qoşulan Çalkın 2014-cü ilə qədər Türkiyədə fəaliyyət göstərib, sonra Suriyaya qaçıb.

Suriyada Kobanidə PKK/KCK sıralarında yer alan Hizret Çalkın 2017-ci ilə qədər Rasulaynda “Ağır silahlar tabor”unu idarə edib. 2017-2019-cu illərdə terror təşkilatının rəhbərləri Sofi Nurəddin və Müzəffər Ayata ilə yaxın fəaliyyət aparan Çalkın 2019-cu ildə İraqa keçərək, İraqdan Suriyaya terrorçu nəqlini təşkil edib.


Oxunma sayı: 2641

Oxşar yazılar