Milli Məclisdə bir sıra həmkarlarımız arasında COVID-19-a yoluxanlar var – Spiker

  • 11:20 - 24 Noyabr

Koronavirusla mübarizədə hamımız öz dəstəyimizi göstərməliyik. Avropa.info-nun məlumatına görə, bunu Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

S.Qafarova bildirib ki, son dövrlər koronavirusla bağlı vəziyyət gərginləşib.

Sədr koronavirusa yoluxan deputatlar haqqında da danışıb: “Milli Məclisdə bir sıra həmkarlarımız arasında COVID-19-a yoluxanlar var. Xahiş edirəm ki, özünüzü qoruyun. Qarşıda bizi çox əhəmiyyətli günlər gözləyir. Tələb edirəm ki, qaydalara riayət edəsiniz. Bu mübarizədə də fəal iştirak etməliyik”.


Oxunma sayı: 2465

Oxşar yazılar