Qarabağda mina təmizləmə işləri davam edir – Rusiya MN

  • 11:12 - 24 Noyabr

Rusiya hərbçiləri Qarabağda sülhməramlı qüvvələrin məsuliyyət zonalarında minasızlaşdırılma əməliyyatını davam etdirirlər.

Avropa.info xəbər verir ki, bu barədə Rusiya MN məlumat yayıb.

"Rusiya mühəndislik bölmələri sülhməramlı müşahidə postları və ümumi istifadədə olan yollar arasındakı marşrutlarda mühəndislik kəşfiyyatı və minadan təmizləmədə iştirak edirlər" - məlumatda bildirilir.

Mina təmizləmə işlərinin yaşayış məntəqələri və onların sosial infrastrukturu obyektlərinin yanında aparıldığı dəqiqləşdirilir.

Müdafiə İdarəsi qeyd edir ki, aşkar edilmiş silah-sursat və partlayıcı əşyalar poliqona çıxarılır və orada partladılır. Təxliyə edilə bilməyən silah-sursat yerindəcə məhv edilir.

"Partlayıcı əşyaların mövcudluğuna dair ərazinin müayinəsi üzrə işlərdən biri də Rusiya sülhməramlılarının xidmət göstərməsi üçün stasionar postların tikiləcəyi mövqelərin araşdırılmasıdır" - Rusiya MN bildirir. 


Oxunma sayı: 5105

Oxşar yazılar