“7 rayonun geri qaytarılması lazım idi, konsensus birmənalı idi” – Paşinyanın vitse-spikerindən erməni müxalifətinə ittiham

  • 10:44 - 24 Noyabr

Əvvəlki hakimiyyət bunun baş verəcəyini bilirdi və "torpaqları” təslim edəcəyimizi iddia edərək vəziyyəti qəsdən şişirdirdilər. Beləliklə, onlar bizi çevik davranmaqdan məhrum etdilər. 

Avropa.info xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin vitse-spikeri Lena Nazaryan ("Mənim addımım" fraksiyası) deyib.

"2014-2015-ci illərdə artıq beynəlxalq konsensus mövcud idi, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın razılığı ilə 7 rayonun geri qaytarılması lazım idi. Konsensus birmənalı idi və artıq dəyişdirmək mümkün deyildi, çünki ATƏT MQ illərdir işləyirdi və artıq bir nəticə təqdim etməli idi” – o, deyib.

Əvvəlki hakimiyyət bu barədə çox yaxşı bilirdi, amma status-kvonun sonsuz uzatmaq strategiyasını seçdi.

Ancaq sonsuz təxirə salmaq mümkün deyil. Hakimiyyətə gələndə bizə qarşı ilk ittiham "torpaqların təhvil verilməsi" idi. Onlar, əlbəttə ki, bizə nə qoyub getdiklərini bilirdilər və onların “uzaqgörənliyi” də bu idi.

“Paşinyan, əlbəttə ki, hansı yükü öz üzərinə götürdüyünü təsəvvür edirdi. O, baş nazir seçildikdən sonra ilk səfərini Xankəndiyə etdi. Orada mətbuat konfransı zamanı Paşinyan dedi ki, biz “DQR”in və Ermənistanın təhlükəsizliyini gücləndirməliyik. Və bu işlər mümkün qədər güclü aparılırdı. Yəni, ona aydın idi ki, ya biz bu 7 rayonu təslim edirik, ya da müharibəyə hazırlaşırıq. Baş nazirin özü səmimiyyətlə hesab etmirdi ki, Dağlıq Qarabağın statusu dəqiqləşdirilmədən 7 rayonun təhvil verilməsi bizim maraqlarımıza uyğundur" - Nazaryan vurğulayıb.


Oxunma sayı: 1519

Oxşar yazılar