"Azərbaycanın istifadə etdiyi türk PUA-ları ermənilərin əlindəki çox güclü rus sistemlərini sıradan çıxardı" - Fransa mediası Qarabağ savaşı haqda

  • 00:55 - 24 Noyabr

"Ermənilərin əlindəki Rusiya havadan müdafiə sistemləri çox güclü olmasına baxmayaraq Qarabağ savaşında Azərbaycanın istifadə etdiyi Türkiyə PUA-larını əngəlləməyi bacarmadı".

Avropa.info xəbər verir ki, bu haqda Fransanın "L’Opinion" qəzeti yazıb. Qəzetin dərc etdiyi yazıda Azərbaycanın Ermənistan üzərindəki qələbəsində Türkiyə PUA-larının rolu qeyd olunur. 

"Eyni vəziyyət Suriya və Liviyada da baş verdi. Rusiyanın çox mükəmməl havadan müdafiə sistemləri var. Ancaq, Türkiyə elektronik savaş məsələsində çox inkişaf etmiş durumdadır. Türk PUA-larını satın alan Ukrayna Donbassı düşünərək bu vəziyyəti yaxından izləyir. Türkiyənin hərb sənayesi 10 il ərzində böyük inkişaf yolu keçdi. Bu prezident Ərdoğanın milli şirkətlərə etimad göstərən iradəsinə bağlıdır" - Fransa qəzeti belə yazır.  


Oxunma sayı: 8570

Oxşar yazılar