Dağıstanda polis rəisi Moskva metrosunu partladanlarla əlbir olub

  • 19:10 - 23 Noyabr

Dağıstan İstintaq orqanları  RF DİN-in Kizlyar rayonu üzrə bölməsinin rəisi, polis polkovniki Qazi İsaevi 2010-cu ildə Moskvada baş verən terror aktlarında ittiham edib.

“RİA Novosti”nin məlumatına görə, bu barədə RF İstintaq Komitəsindən xəbər verilib.

Bildirilir ki, o, 2009-2010-cu illərdə “Qafqaz Əmirliyi”nin üzvü olub və polisin işi barədə terrorçulara məlumat sızdırıb.

Polis rəisi həmçinin, Moskva metrosunu partladan intiharçı qadını Kizlyar avtovağzalına özü şəxsən aparıb.

 

Xatırladaq ki, “Lubyanka” və “Park Kulturı” metro stansiyaları arasında baş verən terror nəticəsində 39 nəfər həlak olub, 100 nəfərdən çox insan yaralanıb.


Oxunma sayı: 1684

Oxşar yazılar