Rusiyada DİN polkovniki həbs olundu - Terrorçuluq ittihamı ilə

  • 17:22 - 23 Noyabr

Dağıstanın Kizlyar rayonu üzrə DİN rəisi polis polkovniki Qazi İsayevə 2010-ci ildə Moskvada törədilən terror aktları ilə bağlı ittiham irəli sürülüb.

Avropa.info xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

Onun sözlərinə görə, İsayev 2010-cu il martın 29-da Moskvada "Lubyanka" və "Mədəniyyət parkı" metro stansiyalarında terror aktları ilə bağlı işə görə saxlanılıb.

Petrenko bildirib ki, Isayev həmçinin öz xidməti mövqeyindən istifadə etməklə cinayətkar şəbəkədə iştirak, quldurluq, terror aktı maddələri ilə ittiham olunub.

Istintaqın məlumatına görə, İsayev Rusiyada qadağan edilən "Qafqaz İmarəti" şəbəkəsinin üzvü olub 2009-2010-cu illərdə o, "İmarət Qafqaz"ın rəhbərlərinə Kizlyar polisinin işi və terrorçulara qarşı xüsusi əməliyyatlar barədə məlumat verib.


Oxunma sayı: 6909

Oxşar yazılar