Gədəbəydə avtomobil dərəyə aşdı: ölən və yaralananlar var

  • 17:37 - 23 Noyabr

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, rayonun Novo İvanovka kəndi ərazisində kənd sakini Gəncəli Usubov idarə etdiyi "Toyota" markalı avtomobili dərəyə aşırıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.


Oxunma sayı: 2311

Oxşar yazılar