Sutka ərzində Qarabağa 2334 erməni qaçqın qayıdıb - Rusiya MN

  • 16:56 - 23 Noyabr

Sutka ərzində Ermənistandan Dağlıq Qarabağa hərbi əməliyyatlar üzündən evlərini tərk etmiş 2334 qaçqın qayıdıb. 

Avropa.info xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.

"Qaçqınların təhlükəsiz qaytarılması Rusiya sülhməramlıları tərəfindən təmin edilir. Ümumilikdə, 14 noyabr 2020-ci il tarixindən etibarən Dağlıq Qarabağın 11 mindən çox sakini Rusiya sülhməramlılarının köməyi ilə əvvəlki yaşayış yerlərinə qayıdıb" - o, bildirib.

Ümumilikdə sülhməramlıların köməyi ilə 11 mindən çox erməni mənşəli əhali yaşayış yerlərinə qayıdıb. 


Oxunma sayı: 2861

Oxşar yazılar