MEK-in yeni direktoru kollektivə təqdim olundu – Foto

  • 16:42 - 23 Noyabr

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) AMEA Rəyasət Heyətinin qərarı ilə yeni təyin olunan direktorun, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev kollektivə təqdim olunub.

MEK-dən Avropa.info-ya bildirilib ki, Məmməd Əliyev qeyd edib ki, MEK ölkənin kitabxanaçılıq tarixində müasir avadanlıqlarla təchiz olunan, respublikada milli və dünya əhəmiyyətli elmi nəşrlərin zəngin fondlarına malik ən iri, universal təmayüllü, aparıcı elmi kitabxanadır.

O, hədəflərə çatmaq və nümunəvi kitabxana xidmətini formalaşdırmaq məqsədilə MEK-in strukturunda islahatların aparılmasının vacibliyini, elmi şuraların və elmi-tədqiqat labaratoriyalarının yaradılmasının mühüm olduğunu xüsusi qeyd edib. 

 


Oxunma sayı: 4665

Oxşar yazılar