Rusiya minaaxtaranları Şuşa ətrafını minalardan təmizləyirlər

  • 16:30 - 23 Noyabr

Rusiya minaaxtaranları bu gündən etibarən Qarabağda humanitar minasızlaşdırma işlərinə başlayıblar. 

Avropa.info xəbər verir ki, birinci mərhələdə onlar partlayıcı əşyaların mövcudluğunu yoxlayacaqlar, bundan sonra ərazidə Rusiya hərbi kontingentinin stasionar postları tikiləcək.

Rusiya hərbi kontingentinin mühəndislik xidmətinin rəisi polkovnik-leytenant Pavel Pautov deyib ki, sülhməramlıların məsuliyyəti zonasında olan Qarabağ ərazisinin bir hissəsinin minalardan təmizlənməsi bir neçə ay çəkə bilər.

“Bu ərazidə mina tələlərinə rast gəlmədik. Burada əsasən sovet istehsalı olan mina istifadə olunurdu: tank əleyhinə mina - TM-62, piyada əleyhinə mina - PMN-2. İndi qoşunlar geri çəkilir, istehkamçılar mina sahələrini təmizləyirlər” - Pautov deyib. 

O deyib ki, artıq yollardan birində 30-a yaxın tank əleyhinə mina tapılıb.

“Yolun bu hissəsindəki vəzifəmiz marşrutlarda mühəndis kəşfiyyatı aparmaqdır. Xüsusilə, Rusiya hərbi kontingentinin postları arasında marşrutlarda partlayıcı maddənin olub-olmadığı yoxlanılır . İlkin mərhələdə Şuşa şəhərinin yaxınlığında qərb istiqamətdə uzunluğu 4,9 kilometr olan hərəkət marşrutunun təmizlənməsi üzrə işlər aparılır, ərazi döyüşlərdən sonra partlayıcı əşyalardan təmizlənib" - o, deyib.


Oxunma sayı: 4775

Oxşar yazılar