Avropa Şurasının baş katibi atəşkəs razılaşmasını alqışladı

  • 15:48 - 23 Noyabr

Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun məktubuna cavab verib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən Avropa.info-ya verilən məlumata görə, Avropa Şurasının baş katibi məktuba cavabında noyabrın 9-dakı atəşkəs razılaşmasını alqışladığını qeyd edib və razılaşmanın icrası ilə əlaqədar vəziyyəti izləməyə davam edəcəyini vurğulayıb.


Oxunma sayı: 2685

Oxşar yazılar