İraqda İŞİD-in əsas koordinatoru olan şəxs ələ keçdi

  • 15:33 - 23 Noyabr

İraq təhlükəsizlik qüvvələri Bağdad beynəlxalq aeroportunda İŞİD terror qruplaşmasının əsas koordinatorlarından birini saxlayıb. 

Avropa.info xəbər verir ki, bu barədə "əs-Sumariyə" telekanalı məlumat yayıb. 

Ölkənin hərbi rəhbərliyinin rəsmi nümayəndəsi Yəhya Rəsulun sözlərinə görə, Əbu Naba adlı terrorçu qruplaşmanın Bağdad ətrafındakı silahlıları ilə görüş keçirmək üçün İraq paytaxtına gəlib. Aeroportda o, terrorizmlə mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun hərəkəti uzun müddət izlənilib. 

İŞİD-in əsas koordinatoru kimi tanınan Əbu Naba İraq silahlı qüvvələrinə 2003-cü ildən məlumdur. O,"Əl-Qaidə" daxil bir neçə radikal qruplaşma ilə əməkdaşlıq edib.


Oxunma sayı: 1530

Oxşar yazılar