"Müharibə hələ bitməyib, əsl savaş Zəngəzur uğrunda olacaq" - Ermənistan xüsusi xidmət orqanının keçmiş rəhbəri Şahnazaryan

  • 15:15 - 23 Noyabr

“Mən Nikol Paşinyanın Ermənistanın baş naziri postunu tutduğu ilk gündən istefasını tələb etmişəm. Bütün bu müddət ərzində danışıqlar prosesinin hansı kontekstdə inkişaf etdiyi barədə ölkəmizin ictimaiyyətinə fasiləsiz olaraq məlumat vermişəm".

Avropa.info xəbər verir ki, bu sözləri Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq sədri və Ermənistan prezidentinin Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi (1994-1995) David Şahnazaryan deyib. Şahnazaryan Ermənistanın Azərbaycan qarşısındakı kapitulyasiyasını rüsvayçılıq adlandırıb. 

Qarabağa gəlincə, Paşinyanın, hətta Serj Sarkisyanın vaxtilə imtina etdiyi nizamlama layihəsinə belə nail ola bilməyəcəyi artıq o zaman aydın idi. Böyük ehtimalla, 1997-ci ildə bizə təklif olunan eyni, mərhələli layihəni də həyata keçirmək mümkün olmadı", deyə Şahnazaryan bildirib. 

Şahnazaryan, Paşinyanı Qarabağ uğrunda müharibəyə başlaması üçün Azərbaycana əsaslar verən siyasət aparmaqda ittiham edib. 

"Dəfələrlə xəbərdarlıq etdim ki, Paşinyan məqsədyönlü və ardıcıl şəkildə Azərbaycanı müharibəyə çəkmək siyasəti aparır. Əslində sonda elə onun da şahidi olduq”- Şahnazaryan belə deyib. 

Şahnazaryan məölubiyyətdən sonra İrəvan küçələrinin izdihamlı aksiyalarla aşıb-daşacağını gözlədiyini də qeyd edib.

"İrəvanın küçələrinin coşacağını düşünürdüm. Amma yox. Bu baş vermədi... Ötən gün tanışlar məndən həqiqətən nə baş verdiyini ətraflı və dəqiq izah etməyimi istədi. Mən onlara dedim ki, Şuşada artıq muğam səslənir. Başqa necə izah etmək olar? Bu doğrudan da rüsvayçı kapitulyasiyadır. Lakin ən qorxulusu odur ki, Paşinyan komandası ilə hakimiyyəti tutub durub. Çalışırlar ki, sükan arxasında qalsınlar. Siyasi təqiblər aparırlar. Erməni cəmiyyətinə elə gəlir ki, müharibə başa çatıb. Əslində müharibədə fasilə elan edilib. Rus sülhməramlılarını salamlayıram, onlara afərin. Amma hələ də müharibənin əsl məsələsi kimi Sünik (Zəngəzur:red) qalır. Mən Paşinyanı vətənə xəyanət etməkdə ittiham edərək, Baş Prokurorluğa müraciət etdim" - David Şahnazaryan belə deyib. 

Avropa.info


Oxunma sayı: 25048

Oxşar yazılar