
Ermənistanda itkin düşən əsgərlərin yaxınları etiraz edir – VİDEO
- 15:05 - 23 Noyabr
İrəvanda Ermənistan Müdafiə Nazirliyinin qarşısında Qarabağ müharibəsində itkin düşmüş əsgərlərin yaxınları etiraz aksiyası keçirir.
Avropa.info-nun erməni KİV-lərinə istinadən məlumatına görə, etirazçılar sabiq müdafiə naziri David Tonoyanla görüş və onun suallara cavab verməsini tələb edirlər.
Bundan başqa, itkin düşənlərin yaxınları Gümrü şəhərində aksiya keçirir.